Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb

Azərbaycanda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa prosesinə dini abidələrin bərpasından başlanılıb.

Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov 7-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.

O vurğulayıb ki, Azərbaycan ərazilərdəki bütün dini abidələrin mənsubiyyətindən asılı olmayaraq bərpasına həssaslıqla yanaşır.

Ramin Məmmədovun sözlərinə görə, dini irsin qorunması və bərpası regionda sabitliyin, qarşılıqlı etimadın və dinc birgəyaşayışın gücləndirilməsinə töhfə verir.