Azərbaycandakı bank olmayan kredit təşkilatlarında (BOKT) risklərin idarə edilməsi sistemi qurulacaq.
“Report”a istinadən, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Qeyri-bank kredit təşkilatlarına nəzarət departamentinin direktoru Xəyyam İsmayılov “Azərbaycan Mikromaliyyə Assosiasiyası” (AMFA) İctimai Birliyinin təşkil etdiyi, Bakıda keçirdiyi 12-ci Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf Konfransında bildirib.
Onun sözlərinə görə, ötən dövrdə nəzarət daha çox nominal və kəmiyyət göstəriciləri, ənənəvi nəzarət meyarları əsasında aparılırdı: “Lakin biz artıq bu istiqamətdə qiymətləndirmələrə başlamışıq və riskəsaslı nəzarət yanaşmasının tətbiqi imkanlarını müəyyənləşdiririk”.