Ukraynanın Zaporojye şəhərində antidron toru sayəsində sərnişinlərlə dolu bələdiyyə avtobusu xilas olub.
Hadisə ötən gün gecə saatlarında baş verib.
Məlumata görə, Rusiya ordusu FPV dronu ilə avtobusa hücum edib. Lakin antidron müdafiə toruna ilişən aparat nəqliyyat vasitəsinə çatmadan partlayıb.
Avtobus cüzi zədələnib, hadisə nəticəsində xəsarət alan olmayıb.