"Qarabağ" Abbasla yolları ayırdı

“Qarabağ” futbolçu Abbas Hüseynovla yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2017-ci ildə “Qarabağ”a keçən müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Abbas "Qarabağ"la birlikdə 7 dəfə Azərbaycan çempionu, 2 dəfə ölkə kubokunun qalibi olub.