İsraildə seçki: kim neçə mandat qazanır?…

İsraildə oktyabrın 27-də keçirilmiş parlament seçkisinin nəticələri açıqlanır.

Ilkin hesabatlara istinadla, baş nazir Benyamin Netanyahunun Likud Partiyası 120 nəfərlik qanunverici orqana 27 mandat əldə edir, hakim qüvvəyə bağlı Birləşmiş Tora Yəhudiliyi Partiyası 9, ŞAŞ Partiyası 7, Yəhudi Gücü Partiyası 6, Dini Sionist Partiyası 6 mandat qazanır.

Əsas müxalif qüvvə - Qadi Eyzenkotun Yaşar Partiyası 21 yerə sahib çıxır, Birlikdə ittifaqı 12, Demokratlar Partiyası 9, İsrail - Bizim Evimiz Partiyası 8 mandat götürür.

Ərəblərin Birləşmiş Siyahı blokunun 11, RAAM Partiyasının 4 mandat aldığı bildirilir.

Parlament (Knesset) proporsional seçki sistemi əsasında (partiya siyahıları üzrə) formalaşır. Seçki baryeri 3,25 faizdir. Qanunverici orqanda 61 mandatı olan qüvvə hökumət qurmaq hüququ əldə edir.

1949-cu il təvəllüdlü Benyamin Netanyahu 2022-ci ildən baş nazirdir. O, 1996-1999 və 2009-2021-ci illərdə də eyni postu tutub.