Abşeron və Xırdalanda su sistemlərində qəzaların aradan qaldırılmasına 4,2 milyon manat ayrılıb.
“Regional Su Meliorasiya Xidməti” PHŞ Abşeron rayonu və Xırdalan şəhərində içməli su, kanalizasiya və yağış sularının axıdılması sistemlərində yaranmış qəzalı vəziyyətlərin aradan qaldırılması üçün tədbirlər görəcək.
Bu məqsədlə “Avro-Asiya İnşaat Korporasiyası “EvrAscon” ASC ilə 4 milyon 195 min manat məbləğində müqavilə bağlanıb.