Oktyabrın 27-də, saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan kəndi ərazisindən keçən hissəsində 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Bizim.Media-ya bildirilib ki, Yevlax şəhər sakini 24 yaşlı Oruc Məmmədov “BMW” markalı avtomobillə hərəkətdə olarkən, ilkin ehtimala görə yüksək sürət və təkər sistemində yaranan nasazlıq səbəbindən idarəetməni itirərək yolun kənarına aşıb.
Qəza nəticəsində ağır xəsarətlər alan sürücü və həmyerlisi olan sərnişini - 30 yaşlı Emil Paşayev xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.