Ərdoğan Tokayevlə görüşdü, Antalyaya dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayevlə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, prezidentlər Ankarada iki ölkə arasındakı əlaqələri, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Ərdoğan həmkarını Antalyada keçiriləcək COP31 Sammitinə də dəvət edib.