Sabah manatla bağlı vacib QƏRAR VERİLƏCƏK

Azərbaycanda faiz dəhlizinin parametrlərinə dair növbəti qərar veriləcək.

Ölkə.az-ın xəbərinə görə, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin bununla bağlı qərarı sabah açıqlanacaq.

Qeyd edək ki, hazırda Mərkəzi Bankın uçot dərəcəsi 6,5%, faiz dəhlizinin yuxarı həddi 7,5%, aşağı həddi isə 5%-dir.