Bakı, 28 oktyabr, AZƏRTAC Müasir münaqişələr təkcə döyüş əməliyyatlarının xarakterini deyil, müdafiə anlayışının özünü də dəyişir. Pilotsuz uçuş aparatları, radioelektron mübarizə vasitələri, eləcə də yüksək texnologiyalı aşkarlama və məhvetmə sistemləri hərbi qarşıdurmanın əsas elementlərinə çevrilir. Bu isə dövlətləri kritik infrastrukturun qorunmasına yanaşmalarını yenidən nəzərdən keçirməyə vadar edir. Belə şəraitdə yeni texnoloji kəşflərin və praktiki döyüş təcrübəsinin birləşdirilməsi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın artıq bir neçə mərhələsini keçib və bu əməkdaşlığı daha da inkişaf etdirmək imkanlarına malikdir. Bu, silahların tərəfdaşın ehtiyaclarına uyğunlaşdırılmasından tutmuş perspektivli müdafiə sistemlərinin birgə yaradılmasına qədər geniş sahələri əhatə edə bilər.Belə əməkdaşlığın hansı istiqamətlərinin daha perspektivli olması barədə hərbi analitik, Belarusun müdafiə və hərbi-sənaye kompleksi məsələləri üzrə aparıcı ekspertlərindən biri Aleksandr Alesinlə söhbət etdik.– Aleksandr Borisoviç, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığı necə xarakterizə edərdiniz? Fikrinizcə, xarici siyasət prioritetləri fərqli olan dövlətlər arasında etimadın qorunması üçün hansı qarşılıqlı fəaliyyət prinsipləri həlledici rol oynayır?– Hərbi-texniki əməkdaşlıq silah ticarəti anlayışından daha genişdir. Hərbi-texniki əməkdaşlıq, ən azından, ölkələr arasında tərəfdaşlıq münasibətlərinin mövcudluğunu, hər bir tərəfin xarici siyasət kursuna və digər dövlətlərlə müttəfiqlik münasibətlərinə qarşılıqlı hörmət göstərilməsini nəzərdə tutur. Tərəfdaşın narahatlıqlarını, təhdid və təhlükələrə dair qiymətləndirmələrini anlamaq da vacibdir. Azərbaycanla Belarus arasında dövlətlərarası münasibətlərin bu həssas sahəsində qarşılıqlı əlaqələr məhz belə prinsiplər əsasında qurulur.Üstəlik, ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq daim inkişaf edir. İlkin mərhələdə Minsk Bakıya sovet istehsalı olan artıq silah və hərbi texnika ehtiyatlarını satır, Azərbaycan Ordusunun silahlanması üzrə nümunələri modernləşdirirdi. Növbəti mərhələdə isə Belarus tərəfi özünün hazırladığı silah və döyüş texnikasını tədarük etməyə başladı. Bununla yanaşı, Belarus həmin texnikanın bütün istismar dövrü ərzində texniki dəstəyini təmin etməyi, həmçinin Azərbaycan tərəfinin tələblərinə uyğunlaşdırmağı öhdəsinə götürdü. Bu, ilk növbədə, hava hücumundan müdafiə sistemlərinə, radioelektron kəşfiyyat və radioelektron susdurma vasitələrinə aiddir.Sonrakı mərhələdə Azərbaycan hərbçilərinin istəkləri nəzərə alınmaqla silah sistemlərinin hazırlanması və istehsalına başlanıldı. Bəzi hallarda bu proses Bakı tərəfindən maliyyələşdirilirdi. Bundan əlavə, hərbi və ikili təyinatlı texnikanın bir sıra nümunələrinin yığılması Azərbaycanda da təşkil olundu.Lakin ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq birtərəfli xarakter daşımır. Belarusun hərbi-sənaye kompleksi üçün öz məhsullarının döyüş şəraitində istismar təcrübəsi böyük əhəmiyyət kəsb edir. Bu təcrübə Belarus istehsalı olan silah və hərbi texnika sistemlərini təkmilləşdirməyə imkan verir.– Müasir şəraitdə hərbi və mülki infrastrukturu pilotsuz sistemlərdən, kiberhücumlardan və digər asimmetrik təhdidlərdən qorumaq xüsusi əhəmiyyət kəsb edir. Kritik əhəmiyyətli obyektlərin və hərbi idarəetmə sistemlərinin dayanıqlılığını təmin etmək üçün yanaşmalar necə dəyişməlidir? Azərbaycanla Belarus arasında təcrübə mübadiləsi hansı istiqamətlərdə hər iki tərəfin imkanlarını genişləndirə bilər?– Rusiya ilə Ukrayna arasında silahlı münaqişənin təcrübəsi göstərir ki, hazırda əsas vəzifə mülki və hərbi infrastruktur obyektlərini pilotsuz uçuş aparatlarının kütləvi hücumlarından qorumaqdır.Bir çox ekspertin fikrincə, bu problemin həlli müxtəlif məsafə və hündürlükdə fəaliyyət göstərən, çoxqatlı müdafiə quruluşuna malik kompleks antidron sistemlərinin yaradılması ola bilər. Belə sistemlərdə radiotexniki, optik-elektron, akustik aşkarlama və hədəfalma, eləcə də raket, artilleriya və lazerlə məhvetmə vasitələri vahid idarəetmə altında ümumi şəbəkədə birləşdirilməlidir.Belarus və Azərbaycanın hərbi-sənaye komplekslərinin potensialını və bu sahədə əldə etdikləri nəticələri nəzərə alsaq, ölkələrimizin bu cür sistemləri yaratmaqla yanaşı, onların döyüş şəraitində tətbiqi üçün taktiki üsullar hazırlamaq imkanlarına da malik olduğunu düşünmək üçün bütün əsaslar var. Bundan əlavə, bu komplekslərdən səmərəli istifadəni təmin etmək məqsədilə ali hərbi təhsil müəssisələrində və hazırlıq mərkəzlərində mütəxəssislərin birgə hazırlanması da mümkündür.– Belarus ənənəvi olaraq hava hücumundan müdafiə vasitələrinin, radioelektron mübarizə sistemlərinin, optik-elektron komplekslərin və idarəetmə sistemlərinin inkişafına böyük diqqət yetirir. Azərbaycanın çoxkomponentli müdafiə sisteminin təşkili sahəsində təcrübəsini nəzərə alsaq, iki ölkə arasında ixtisaslaşmış texniki və təşkilati həllərin mübadiləsi nə dərəcədə perspektivlidir? Bu sahələrdə əməkdaşlıq ayrı-ayrı sistemlərin tədarükü ilə məhdudlaşmayaraq avadanlığın uyğunlaşdırılmasını, birgə texniki dəstəyi və müvafiq mütəxəssislərin hazırlanmasını da əhatə edə bilərmi?– Məncə, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın növbəti mərhələsi müasir silah nümunələrinin, ilk növbədə isə pilotsuz uçuş aparatlarına qarşı müdafiə vasitələrinin birgə hazırlanması və istehsalı olmalıdır. Söhbət aşkarlama, radioelektron və optik-elektron susdurma vasitələrindən, eləcə də odlu silah sistemlərindən gedir.Belarusun hərbi-sənaye kompleksinin əldə etdiyi nəticələr Azərbaycan Ordusunun döyüş təcrübəsi ilə birləşdirildikdə, çox yüksək nəticələr verə bilər.Bundan başqa, məlumdur ki, hərbi zərurət Azərbaycanı döyüş göstəriciləri kifayət qədər yüksək olan bir sıra silah nümunələrini özünün hazırlamasına sövq edib. Bu isə Azərbaycan və Belarusun elmi-tədqiqat institutları və konstruktor büroları əsasında iki ölkənin mütəxəssislərinin səylərini birləşdirmək üçün imkanlar yaradır.Eyni zamanda, artıq keçmişin yanaşmaları ilə işləmək mümkün deyil. Belə əməkdaşlığın səmərəliliyini əsaslandıran mühüm amillərdən biri də Azərbaycan silah istehsalçılarının dünyanın ən qabaqcıl hərbi-sənaye komplekslərindən birinə malik İsrail və Türkiyə ilə, Belarus mütəxəssislərinin isə Rusiyanın müdafiə sektorunda fəaliyyət göstərən aparıcı konstruktor və müəssisələrlə uzunmüddətli uğurlu əməkdaşlıq təcrübəsidir.Bu əməkdaşlığın nəticəsi təkcə Azərbaycan və Belarus ordularının ehtiyac duyduğu deyil, həm də dünya silah və hərbi texnika bazarında tələbat olan məhsul ola bilər. Məsələn, dron əleyhinə kompleks müdafiə sistemi belə məhsullardan biridir. Bakı və Minsk bu sistemi hazırlamaq və istehsal etməklə yanaşı, onu konkret alıcılara təqdim etmək, mütəxəssislərə təlim keçmək və bütün istismar müddəti ərzində texniki dəstək göstərmək imkanlarına da malikdir.Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın daha bir mühüm nəticəsi isə hər iki ölkənin müdafiə sənayesi komplekslərinin elmi və istehsal potensialının artması olacaq.
Bu gün
1504 xəbər bu gün
Azərbaycanda ümumi təhsil üzrə yeni standartların hazırlanması istiqamətində işlər aparılır. Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal…
Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq. Oktyabrın 29-da Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı qərarı ictimaiyyətə təqdim ediləcək. Qeyd edək…
"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur". Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə…
Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı…
"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur". Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə…
Oktyabrın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir…
Bank olmayan kredit təşkilatlarının kredit portfelləri şəffaf və düzgün idarə olunduğu halda banklardan daha böyük həcmdə və uzunmüddətli maliyyə cəlb etmək üçün təminat rolunu oynaya bilər. Bunu “PAŞA Bank”ın maliyyə…
"Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur". Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin elektroskuter istifadəçilərinə…
Oktyabrın 28-də Bakının Yasamal, Nəsimi, Sabunçu və Qaradağ rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha…
İsraildə seçki bülletenlərinin 72,4%-i hesablanıb. “The Times of Israel” nəşrinə istinadən, ilkin nəticələrə əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 54, Eysenkotun liderlik etdiyi blok isə 48 mandat əldə…
Okyabrın 29-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Qeyd edilib ki, günün birinci yarısında bəzi…
İsraildə seçki bülletenlərinin 72,4%-i hesablanıb. “The Times of Israel” nəşrinə istinadən, ilkin nəticələrə əsasən, Benyamin Netanyahunun rəhbərlik etdiyi blok 54, Eysenkotun liderlik etdiyi blok isə 48 mandat əldə…
Aktrisa Xuraman Əlizadəyə ağır itki üz verib. Axşam.az-a istinadən, aktrisanın atası 74 yaşında vəfat edib. Mərhum son günlər ağır xəstəlikdən əziyyət çəkirdi.Allah rəhmət eləsin!
Naizrlər Kabinetinin 26 oktyabr tarixli qərarına əsasən, ümumi təhsil müəssisələrinin ayrı-ayrı növləri üzrə hər bir təhsilalana (şagird) düşən illik təhsil xərclərinin miqdarı aşağıdakı kimi müəyyən edilib: Tam orta…
Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Maliyyə Nazirliyinə istinadən, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib.Bu, 2026-cı il üçün proqnozlaşdırılan…
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Yevlaxda iki nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.İdarədən Oxu24.com-a verilən xəbərə görə, oktyabrın 27-si, saat 14:00 radələrində, Bakı-Yevlax avtomobil yolunun Qaraoğlan…
Azərbaycanda kiçik və orta biznesin (KOB) bərpa olunan enerji şəbəkəsinə qoşulması üçün şəbəkə məcəlləsi ("Grid Code" - red.) lazımdır. Bunu "Masdar" şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov bu…
"Expressbank" ASC payız mövsümündə toy, təmir və səyahət xərclərinin maliyyələşdirilməsi, eləcə də, maliyyə planlarının reallaşdırılması üçün illik minimum 8,5 %-lə nağd istehlak krediti təklif edir. Kampaniya şərtlərinə…
Ukrayna bu il ərzində hər ay "Patriot" sistemləri üçün orta hesabla cəmi 12 raket alır, ölkənin ehtiyacları isə bundan qat-qat çoxdur. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib…
MDB məkanında tərəfdaşlıq maliyyəsi bazarı uzun müddət davam edən durğunluqdan sonra canlanma mərhələsinə keçir, bu sahədə qanunvericilik təşəbbüsləri və yeni maliyyələşmə alətlərinin tətbiqi genişlənir. Bunu Şəriət…
Azərbaycanda ümumi təhsil üzrə yeni standartlar sənədi hazırlanır. Bunu VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya" mövzusunda keçirilən…
Sabah - okyabrın 29-u Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, günün birinci…
Türkiyənin "Fənərbağça" komandasının müvəqqəti baş məşqçisi açıqlanıb. Bu barədə İstanbul təmsilçisi məlumat yayıb. Yeni baş məşqçi təyin olunana qədər Dirk Kuyt bu vəzifəni icra edəcək. Xatırladaq ki, "Fənərbağça" ötən…
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər…
Son dövrlər elektroskuterlərdən istifadə edən bəzi şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Qeyd edilib ki…
Dünyada dinlərarası dialoq dedikdə, ilk ağla gələn şəhər məhz Bakıdır. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində…
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanla Yaşıl Enerji Səmərəliliyi Çərçivəsi quracaq. "Report" xəbər ki, bunu Bankın Baş bankçısı və maliyyə institutları üzrə regional rəhbəri Mixail Qreçixo bu gün Bakıda…
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulmuş daxili dövlət borcuna xidmət xərclərindən dövlət istiqrazları üzrə faiz və diskont ödənişlərinin yerinə yetirilməsinə 397,1 milyon manat…
Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycanda multikulturalizm ənənələri ölkənin tarixi inkişafı, coğrafi mövqeyi, müxtəlif xalqların birgəyaşayış təcrübəsi və hüquqi prinsipləri ilə sıx bağlıdır. Avropa ilə Asiyanın qovşağında…
Paris, 28 oktyabr, AZƏRTAC Fransanın İFRAP fondunun direktoru, iqtisadçı Aqnes Verdye-Moliniye ölkənin ağırlaşan büdcə vəziyyəti ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, 2027-ci il prezident seçkisi kampaniyasının əsas…
Bakı, 28 oktyabr, AZƏRTAC Oktyabrın 28-də Qırğızıstan və Tacikistanın sərhəd bölgəsində 4,7 bal gücündə zəlzələ baş verib.AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, Qazaxıstan Milli Məlumat Mərkəzinin məlumatına…
Bakı, 28 oktyabr, AZƏRTAC Türkiyənin "Fənərbağça" komandasına müvəqqəti baş məşqçi təyin olunub.AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisində bu vəzifəni Dirk Köyt yerinə…
Bakı, 28 oktyabr, AZƏRTAC Oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu təqribən 19,8 dəfə üstələyir. AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə…
Bakı, 28 oktyabr, AZƏRTAC Cari ilin 1 oktyabr tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 7 milyard 886 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,7 faizini təşkil edib. Dövlət…
Bakı, 28 oktyabr, AZƏRTAC Azərbaycançılıq ideologiyası xalqımızın milli özünüdərkinin formalaşması, dövlətçilik ənənələrinin qorunması, ölkədə yaşayan bütün xalqların və etnik azlıqların vahid ideya ətrafında birləşməsi…
Astana, 28 oktyabr, AZƏRTAC “Aral-Xəzər” magistral yolunun tikintisi Trans-Xəzər dəhlizi boyunca yükdaşıma marşrutunu təxminən 1000 kilometr qısaldacaq və yüklərin çatdırılması müddətini üç günə endirəcək.AZƏRTAC…
Bakı, 28 oktyabr, AZƏRTAC Oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları və ya cari il üzrə proqnozlaşdırılan ÜDM-in 5,6 faizini təşkil edib.AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə…
Bakı, 28 oktyabr, AZƏRTAC AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində “Kitabi-Dədə Qorqud” dastanının müasir tədqiqi məsələlərinə həsr olunan elmi seminar keçirilib.İnstitutdan AZƏRTAC bildirilib ki, seminarda…
Bakı, 28 oktyabr, AZƏRTAC“Neftçi”nin bu mövsüm əsas hədəfi çempionluq qazanmaq və kuboklara sahib olmaqdır. Klubumuz gələcəkdə Avropa turnirlərinin qrup mərhələsində çıxış etməyi və bunu davamlı nəticəyə çevirməyi…
Bakı, 28 oktyabr, AZƏRTAC İqtisadi və insan hüquqları ilə bağlı risklər bir-biri ilə sıx əlaqəlidir. Korrupsiya ölkələrimizin təhlükəsizliyi və rifahı üçün ən ciddi təhdidlərdən biridir. Bu baxımdan, biz bu sahədə…
Bakı, 28 oktyabr, AZƏRTAC VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ADA Universitetində “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyalar keçirilir.AZƏRTAC xəbər verir…
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi hər bir dövlətin gələcəyini müəyyənləşdirən mühüm məsələlərdən biridir. Milli kimliyini dərk edən, tarixini, dilini…
Uzun illər Azərbaycanın ən ucqar və qədim yaşayış məskənlərindən olan Qubanın Xınalıq kənd orta məktəbinin direktoru və müəllimi işləmiş Ənvər Hacıməmmədov vəfat edib. Bu barədə onun yaxınları məlumat paylaşıblar…
"New York Times"ın məlumatına görə, Pentaqon İrana qarşı hərbi əməliyyatların maliyyə hesabatını ötən həftə Konqresə təqdim edib. Hesabata əsasən, son altı həftədə əməliyyatların xərci daha 3,5 milyard dollar artıb…