Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.
Ölkə.az-ın xəbərinə görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,11 ABŞ dolları və ya 4% azalaraq 122,49 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.