Serbiyadan Rusiyaya qarşı sanksiyalarla bağlı AÇIQLAMA

Serbiyada parlament seçkilərində qalib gələn “Tələbə Siyahısı – Tələbələr Qalib Gəlir” hərəkatı Rusiyaya qarşı sanksiyaların tətbiqini dəstəkləmir.

Bu barədə Serbiya Elmlər və İncəsənət Akademiyasının akademiki, Belqrad Universitetinin Kimya fakültəsinin professoru Radomir Saiç bildirib.

O qeyd edib ki, hərəkatın proqramında Rusiyaya qarşı sanksiyaların tətbiqinin dəstəklənmədiyi açıq şəkildə göstərilib.

Saiçin sözlərinə görə, Serbiya özü də sanksiyalarla üzləşib və bu cür məhdudiyyətlərin problemlərin həlli olmadığını anlayır.

O vurğulayıb ki, problemlər sanksiyalarla deyil, dialoq, danışıqlar və razılaşmalar yolu ilə həll edilməlidir. Hərəkatın nümayəndəsi Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətlərinin olmadığını bildirib.