İsmail Kartal istefa verdi

"Fənərbağça" futbol klubunun baş məşqçisi İsmail Kartal istefa ərizəsini klub rəhbərliyinə təqdim edib.

Bu barədə "Haber Global" telekanalı məlumat yayıb.

Qeyd olunub ki, klubun İdarə Heyəti baş məşqçinin istefasını qəbul edib. "Fənərbağça"nın prezidenti Aziz Yıldırım İdarə Heyətinin iclasından sonra klubun təlim-məşq bazasına gedərək İsmail Kartalla yolların ayrılması qərarını təsdiqləyib.

Komandanın yeni baş məşqçisinin Vinçentso Montellanın olacağı gözlənilir.