Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Şeyxa Əl Nuveysi ilə görüşüb.
Ceyhun Bayramov Azərbaycana səfər edən Şeyxa Əl Nuveysi bu mühüm vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Görüşdə Azərbaycanın zəngin turizm potensialı, o cümlədən mədəni irsi, qastronomiyası və müxtəlif bölgələrdəki turizm imkanları müzakirə olunub.
Tərəflər UN Tourism ilə əməkdaşlığın gücləndirilməsi, dayanıqlı turizmin təşviqi, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin turizm potensialı barədə fikir mübadiləsi aparıblar.