Türkiyənin “Fənərbağça” klubu baş məşqçi İsmayıl Kartalla vidalaşıb.
Bu barədə İstanbul təmsilçisinin rəsmi sosial şəbəkə hesabında məlumat verilib.
64 yaşlı mütəxəssis vəzifəsindən ayrılmaq qərarını rəhbərliyə çatdırıb. Tərəflər arasında danışıqlardan sonra qərar qarşılıqlı anlaşma əsasında qəbul olunub.
Klub rəhbərliyi Kartala xidmətlərinə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, “Fənərbağça” Türkiyə çempionatında 9 turdan sonra 16 xalla 5-ci pillədə qərarlaşıb.