Azərbaycan Milli Elmlər Akademiyası alimləri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana müraciət ünvanlayıb.Oxu24.com-un xəbərinə görə, müraciətdə deyilir ki, İran Prezidentinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə görüşləri zamanı və Bakıya, Şuşaya, Xankəndiyə səfərləri dövründə Azərbaycan dilində apardığı söhbətlər dövlətlərarası münasibətlərin daha səmimi şəkildə qurulmasına təminat verir, bir daha İran dövlətinə hörmət qazandırır və qarşılıqlı etimadın möhkəmləndirilməsinə geniş imkan yaradır."Bütün bunları nəzərə alaraq, İran İslam Respublikasında əhalinin böyük hissəsini təşkil edən Azərbaycan xalqının hüquqlarının gerçəkləşdirilməsi ilə əlaqədar Sizə müraciət etməyi zəruri və əhəmiyyətli hesab edirik.Hörmətli Prezident!İranda yaşayan köklü azərbaycanlılar orta və ali məktəblərdə ana dilində təhsil almaları, doğma dillərində mətbuatın və ədəbiyyatın olması yollarında səylər göstərir və təşəbbüslər irəli sürürlər. Lakin onların bu istiqamətdəki qanuni hüquqları indiyədək yerinə yetirilməmişdir. Bu da təbii olaraq İran azərbaycanlıları arasında ciddi narahatlığa səbəb olur. Çünki hazırda dünyada öz ana dilində yazıb-oxumaqdan məhrum olan çox az sayda xalqlar qalmışdır. Biz də hesab edirik ki, dünyanın başqa xalqları kimi, İranda yaşayan köklü azərbaycanlıların da öz ana dilində təhsil almaq hüququ təmin olunmalıdır.Bu baxımdan Sizin İran İslam Respublikasında keçirilən tədbirlərdə, eyni zamanda, Azərbaycan Respublikasına səfəriniz zamanı Azərbaycan dilində də danışmağınız, böyük Azərbaycan və İran şairi Məhəmmədhüseyn Şəhriyarın məşhur “Heydərbabaya salam” poemasından bəzi parçaları əzbər söyləməyiniz, ibrətamiz misallar çəkməyiniz İranda olduğu kimi, Azərbaycan Respublikasında da xalq tərəfindən böyük rəğbətlə qarşılanır.Eyni zamanda, İran İslam Respublikasının müxtəlif regionlarında ayrı-ayrı xalqların nümayəndələri ilə, o cümlədən azərbaycanlılarla onların öz ana dilində qurduğunuz ünsiyyət dövlət rəhbəri kimi Sizə bəslənilən hörmət və ehtiramın daha da qüvvətləndirilməsinə xidmət edir.Hörmətli Prezident!Son illərdə İran İslam Respublikası üçün yaşanan taleyüklü məqamlarda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin göstərdiyi dostluq və xeyirxah qonşuluq münasibətlərinə verdiyiniz ədalətli qiymət Sizin dövlət başçısı kimi obyektivliyinizin əyani göstəricisidir.Bütün bu mətləbləri nəzərə almaqla, biz inanırıq ki, Siz İran azərbaycanlılarının ana dilində, doğma Azərbaycan dilində təhsil almaları üçün də dövlət səviyyəsində tədbirlər həyata keçirməklə onların çoxəsrlik arzularının yerinə yetirilməsini təmin edəcəksiniz", - müraciətdə qeyd olunub.Müraciətdə o da bildirilib ki, İranda yaşayan köklü azərbaycanlıların təhsil almaları üçün Azərbaycan dilində məktəblərin açılmasına ciddi ehtiyac vardır: "Bundan başqa, İranda Azərbaycan dilində nəşr edilən qəzet və jurnalların çapına, Azərbaycan dilində elmi və bədii əsərlərin nəşr edilməsinə icazə verilməsi həlli zəruri olan məsələlərdəndir. Bunlar həm də İranda yaşayan Azərbaycan xalqının ölkənizin Konstitusiyası ilə müəyyən edilmiş hüquqlarının təmin edilməsi baxımından da əhəmiyyətli bir addım ola bilər.Xalqların ana dilinə, milli ədəbiyyatına və mədəniyyətinə hörmətlə yanaşmaq, bu istiqamətdə əməli tədbirlər həyata keçirmək dövlət rəhbəri üçün mühüm tarixi vəzifədir. İnanırıq ki, Sizin prezidentliyiniz dövründə İranda yaşayan azərbaycanlıların ana dilində yazıb-oxumaq hüququ təmin ediləcəkdir.Hörmətli Prezident!Biz, bu məktubu imzalayan elm adamları Azərbaycan dili və ədəbiyyatına dair çoxsaylı dərsliklərin, tədqiqatların müəllifləri, lüğətlərin və ensiklopediyaların tərtibçiləriyik. Biz İranda Azərbaycan dilində tədris aparılacaq məktəblərə istənilən qədər dərslik və əlavə ədəbiyyat, bədii və elmi əsərlər, ensiklopediya və lüğətlər hədiyyə edə bilərik. Dövlətlərarası razılaşma əsasında İranın Azərbaycan dilində tədris təşkil olunacaq məktəblərində təmənnasız dərs deməyə hazır olduğumuzu da yüksək diqqətinizə çatdırmağı özümüzə borc bilirik".Məktubu Azərbaycan Milli Elmlər Akademiyasının aşağıdakı nümayəndələri imzalayıb:1. Nadir Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor;2. Mehman Həsənli – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsal inkişaf üzrə direktor müavini, filologiya elmləri doktoru;3. Qəzənfər Paşayev – Əməkdar elm xadimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor;4. İmamverdi Həmidov – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;5. İsmayıl Məmmədli – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;6. Sərxan Xavəri – AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru;7. İsmayıl Kazımov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türkologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;8. İlham Tahirov – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mədəni dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;9. . Aygül Hacıyeva – AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk əlyazmaları şöbəsinin müdiri, filologiya elmləri doktoru;10 Fəridə Əzizova – AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;11. Nərgiz Hacıyeva – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor;12. Akif İmanlı – filologiya elmləri doktoru, professor;13. Əfzələddin Əsgərov – AMEA Folklor İnstitutunun Türk xalqlarının folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru;14. Leyla Məmmədova – AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent;15. Xədicə Heydərova – AMEA Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dilinin tarixi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent;16. Arzu Məmmədxanlı – AMEA Humanitar Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru;17. Zümrüd Mənsimova – AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent;18. Aynur Mahmud – AMEA Rəyasət Heyəti Aparatının Həmkarlar Təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru;19. Əsmər Əliyeva – AMEA Rəyasət Heyəti Aparatının şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru;20. Səriyyə Gündoğdu – AMEA Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent.
Bu gün
2019 xəbər bu gün
Məşhur milyarder
Hücum
İnsan haqları təşkilatları
Müqayisə
Tədbir
2027-ci il yanvarın 1-dən texnopark rezidentlərinin qeydiyyatı sadələşdirilmiş qaydada həyata keçiriləcək, rəqəmsal texnologiyalar və innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergi güzəştləri tətbiq…
Ədəbiyyat ilkin olaraq nəzm üstündə yaradılmışdır. Nəzm dedikdə yəni vəzni, qafiyəsi və rədifi olan, sözlərin xüsusi bir ahənglə nizamlandığı şeir forması nəzərdə tutulur. Zaman…
225 nömrəli məktəbin həyətində baş verən insidentdə iştirak edən şəxslərin kənardan gəldiyi barədə məlumatlar təkzib edilib. Bunu oxu.Az-a açıqlamasında məktəbin direktor müavini Zenfira Nursalova…
Jurnalistlərin qanuni peşə fəaliyyətinə maneələrin yaradılması, onlara qarşı fiziki güc tətbiqi və ya təhdidlər qəbuledilməzdir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin mətninin dövlət əleyhinə olduğunu hesab edir. Ermənistan mediasına istinadən, o, bu barədə brifinq zamanı bildirib.
Bakı, 29 oktyabr, AZƏRTAC Siyasi sabitlik, iqtisadi inkişaf, Azərbaycan ərazilərinin azad edilməsi və ölkənin suverenliyinin möhkəmləndirilməsi təbii ki, xaricdəki müəyyən dairələrdə narazılığın artmasına səbəb olub. Bu…
Bakı, 29 oktyabr, AZƏRTAC Azərbaycan və Niderland arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi ölkəmizin qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artırılması və müasir texnologiyaların tətbiqi baxımından…
Bakı, 29 oktyabr, AZƏRTAC XX əsrin 30-70-ci illərində Xəzər dənizinin səviyyəsinin kəskin şəkildə aşağı düşməsi müşahidə olunub. 1977-ci ildən sonra isə səviyyənin əhəmiyyətli dərəcədə qalxması və bunun səbəblərinin…
Bakı, 29 oktyabr, AZƏRTAC Qış aylarında havanın kəskin soyuması vəziyyətində Avropada təbii qazın qiymətinin gələn ilin əvvəlində meqavat-saat üçün 130 avroyadək yüksələ biləcəyi proqnozlaşdırılır.AZƏRTAC xəbər verir ki…
Qazax, 29 oktyabr, AZƏRTAC Ürək nahiyəsində şiddətli ağrılarla Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edən 56 yaşlı pasiyentin qəfil ürəyi dayanıb.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisəyə dərhal müdaxilə…
Bakı, 29 oktyabr, AZƏRTACAzərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və…
2027-ci il yanvarın 1-dən texnopark rezidentlərinin qeydiyyatı sadələşdirilmiş qaydada həyata keçiriləcək, rəqəmsal texnologiyalar və innovasiya sahəsində fəaliyyət göstərən şirkətlər üçün vergi güzəştləri tətbiq…
Yeni qanunvericilik dəyişikliklərinə əsasən, dövlət satınalmalarında startaplara və texnopark rezidentlərinə 20 faizlik qiymət güzəşti tətbiq ediləcək. Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə…
Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Söndür və qazan!” enerji səmərəliliyi kampaniyası çərçivəsində nazirlik və SOCAR-ın birgə tərəfdaşlığı ilə ali təhsil müəssisələrinin tələbələri arasında “Energy & AI”…
Xırdalan şəhəri və metronun "20 Yanvar" stansiyası arasında fəaliyyət göstərən E2 ekspres marşrutunun hərəkət qrafiki ilə bağlı narazılıq yaranıb.
Astanada dünya çempionatında Ruzanna Məmmədova, Rəşid Babazadə və Maqomedxan Maqomedov rəqiblərinə məğlub olublar.
"2027-ci ilin yanvarın 1-dən müvafiq vergi güzəştləri artıq qüvvəyə düşəcək. Həmin tarixdən artıq texnoparka qeydiyyat prosesi sadələşdirilmiş formada həyata keçiriləcək".
Avropa şirkətlərinin mənfəət artımı son üç ildən çox müddətdə ilk dəfə ABŞ şirkətlərinin göstəricilərinə yaxınlaşa bilər. Analitiklər 2026-cı ilin üçüncü rübündə iki region arasında mənfəət artımı fərqinin cəmi 1 faiz…
Polşa hökuməti xarici vətəndaşların ölkə pasportunu əldə etməsi üçün yeni məhdudiyyətlər hazırlayıb. Dəyişikliklər yaşayış müddətinin uzadılmasını, dil biliklərinə tələblərin artırılmasını və əlavə imtahanların tətbiqini…
Bu il yanvarın 1-dən oktyabrın 15-dək "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin qatarlarında 800-dən çox əşya unudulub. Bu barədə ADY-dən məlumat verilib.Bildirilib ki, bu, orta hesabla ayda təxminən 90 əşya…
İran Hörmüz boğazında 3 tankerin minaya düşdüyünü iddia edir. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazının cənub marşrutunda üç neft tankerinin dəniz minalarına…
Bakıda məktəblilərdən birinin ölümü ilə bağlı hadisəni işıqlandırmaq istəyən "Real" TV-nin çəkiliş qrupu hücuma məruz qalıb. Hadisə Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə baş verib. Məktəbin 7-ci sinif…
İlqar Paşa oğlu Məmmədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə rəis təyin olunub. Bu barədə Daxili işlər naziri Vilayət Eyvazov qərar imzalayıb. Qeyd edək ki, İlqar Məmmədov əvvəl Binəqədi rayon Polis İdarəsinin rəisi…
Ötən sutka Hörmüz boğazından keçən 3 tanker minaya düşüb. Bu barədə SEPAH-ın Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, gəmilər Hörmüz boğazının cənub hissəsindən keçərkən minaya düşüblər. Tankerlərin bütün…
Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb. "RBC-Ukrayna"ya istinadən, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb…
"Xarici müştərilərdən gəlir əldə edən rəqəmsal nomadlar Azərbaycanda qanuni yaşaya, xarici müştərilərlə işləməyə davam edə və bu gəlirə görə vergi ödəməyə bilərlər". Bunu bu gün keçirilən Texnologiya və innovasiya…
Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. Sfera.az -ın əldə etdiyi məlumata görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Rəşid Piriyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini…
“Bu ilin doqquz ayında Azərbaycanda kartdan-karta (“card-to-card”) köçürmələrin həcmi 48 milyard manat təşkil edib. Ötən il isə bu əməliyyatların ümumi həcmi 66 milyard manat olub”. Bunu Azərbaycan Mərkəzi Bankının sədri…
Sosial şəbəkələrdə, xüsusilə TikTok-da aktiv olan müəllimlər son illər cəmiyyətdə həm maraq doğurur, həm də müzakirələrə səbəb olurlar. Müəllimlərin rəqəmsal platformalardan istifadəsi təhsilin müasir tələbləri, pedaqoji…
Oktyabrın 28-də Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə 7-ci sinif şagirdinin dördüncü mərtəbədən yıxılaraq ölməsi ilə bağlı çəkiliş aparan REAL TV-nin əməkdaşları hücuma məruz qalıblar. Hadisə…
2027-ci il yanvarın 1-dən texnopark rezidentlərinin qeydiyyatı sadələşdirilmiş qaydada həyata keçiriləcək, rəqəmsal texnologiyalar və innovasiya sahəsində...
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi ehtimalının azaldığını bildirib. Onun sözlərinə görə, müxalifətə Konstitusiya ilə bağlı elə bir təklif təqdim ediləcək ki, onlar…
Yeni qanunvericilik dəyişikliklərinə əsasən, dövlət satınalmalarında startaplara və texnopark rezidentlərinə 20 faizlik qiymət güzəşti tətbiq ediləcək.
Energetika Nazirliyi tərəfindən həyata keçirilən “Söndür və qazan!
Ukraynanın Dnepr şəhərində mülki elektrik qatarına və dəmir yolu vağzalının platformasına dron hücumu nəticəsində azı 13 nəfər həlak olub, 5 nəfər yaralanıb. Bu barədə şəhərin meri Boris Filatov və Dnepropetrovsk vilayət…
Bu ilin yanvar-sentyabr aylarında SOCAR-ın Qaz İxrac İdarəsi 7,7 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib.
Oktyabrın 20-dən 21-nə keçən gecə dünyanın ən nüfuzlu basketbol çempionatında növbəti – 81-ci mövsüm start götürdü. Mövsümün ilk oyununda, yəni “Detroyt”la “Boston” arasındakı dueldə maraqlı hadisələr baş verdi ki, bu…
Байрамов отметил, что формат ОТГ+, учрежденный на саммите в Габале, открывает новые возможности для сотрудничества с третьими странами.