İvo Yosipoviç forum iştirakçılarını Qarabağı ziyarət edərək, oradakı inkişafla tanış olmağa çağırıb

Bakı, 27 oktyabr, AZƏRTAC Xorvatiya və Azərbaycan eyni ildə müstəqillik qazanıblar. Hər iki ölkənin Dubrovnik və Qarabağ bölgələrinin başına gələn hadisələr də bənzərdir. AZƏRTAC xəbər verir ki, bunu Xorvatiyanın sabiq Prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvo Yosipoviç VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar iclasda deyib.O qeyd edib ki, müharibələr səbəbindən dağıntlara məruz qalan hər iki bölgə hazırda yenidən çiçəklənir. “Xorvatiyada bərpa prosesinin uğurla həyata keçirilməsi üçün bir sıra mühüm tədbirlər gördük. İlk növbədə, mədəni irsin dəyərini qəbul etdik. Daha sonra Konstitusiyadan başlayaraq konkret qanunvericilik aktlarınadək geniş hüquqi baza formalaşdırdıq”,-deyə sabiq Prezident vurğulayıb. İvo Yosipoviç Forum iştirakçılarını hər iki bölgəni ziyarət edərək, oradakı inkişafla tanış olmağa çağırıb. Fotoqraf - Səfiyar Məcnun