"Həkəri çayı üzərində 100 milyon kubmetrlik su anbarı tikiləcək".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Su Ehtiyatları Agentliyinin rəsmisi Akif Quliyev deyib.
O bildirib ki, Laçın rayonunda Həkəri çayı üzərində içməli su təyinatlı su anbarının tikintisi nəzərdə tutulub:
"2026-cı il iyulun 11-də Prezidentin iştirakı ilə layihənin təməlqoyma mərasimi keçirilib. Su anbarının ümumi həcmi 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olacaq. Layihə yalnız içməli su təminatı məqsədilə nəzərdə tutulub.
Layihəyə əsasən, 172 kilometr uzunluğunda magistral su xətti vasitəsilə Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli, Xocavənd və Ağdam rayonlarında yaşayan təxminən 700 min nəfərin içməli su təminatının yaxşılaşdırılması planlaşdırılır".