Kiyev meri korrupsionerləri sərt cəza ilə hədələdi

Kiyev meri Vitali Kliçko şəhər hakimiyyətində korrupsiyaya yol verən şəxslərlə bağlı sərt açıqlama verib.

Kliçko Kiyev rəhbərliyində kiminsə korrupsiyaya qarışmasının yolverilməz olduğunu bildirib.

“Allah eləməsin, Kiyev hakimiyyətində kimsə korrupsiyaya qarışsın”, – deyə mer qeyd edib.

O, daha sonra sərt ifadələr işlədərək belə şəxslərin başqalarına dərs olması üçün ağır şəkildə cəzalandırılacağını söyləyib.

“Biz onların barmaqlarını, əllərini, qulaqlarını, başlarını kəsəcəyik ki, başqaları belə əməllərə yol verməsin”, – deyə Kliçko bildirib.