Dələduzlar bu dəfə futbol azarkeşlərini saxta bilet satış linkləri vasitəsilə hədəfə alıblar. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir vətəndaş TikTok-da qarşısına çıxan saxta keçid vasitəsilə Çempionlar Liqasının oyununa bilet almaq istəyərkən aldadıldığını bildirib. Onun sözlərinə görə, iki bilet üçün ümumilikdə 200 manat ödəyib, daha sonra isə kartından əlavə vəsait çıxılıb.
Mütəxəssislər vətəndaşlara bilet alarkən yalnız rəsmi saytlardan və səhifələrdən istifadə etməyi, ödənişdən əvvəl domen ünvanını yoxlamağı tövsiyə edirlər. Şübhəli linklərə daxil olmaq əvəzinə, saytın ünvanını brauzerdə özünüz yazmaq, mobil tətbiqləri isə yalnız "App Store" və "Play Store" kimi rəsmi mağazalardan yükləmək lazımdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələ nəzarətə götürülüb və qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Ətraflı "ATV"-nin videomaterialında: