Ofeliya Sənaninin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI

Xalq artisti, tanınmış diktor Ofeliya Sənaninin səhhətində dəyişikliklər müşahidə olunur.

Moderator.az bildirir ki, bu barədə Musavat.com-a sənətkarın qızı Lalə Sənani məlumat verib.

“Anamın səhhəti dəyişkəndir. Bəzən yaxşı, bəzən isə halsız olur. Yaş öz sözünü deyir”, – deyə o bildirib.

Lalə Sənani anasının hazırkı vəziyyətindən danışarkən onun hərəkət etməkdə çətinlik çəkdiyini qeyd edib:

“Təzyiqi normaldır. Əsasən hərəkətsizdir, yeriməkdə çətinliyi var”.

Qeyd edək ki, Ofeliya Sənani bir müddət əvvəl küçədə gəzərkən yıxılaraq bud nahiyəsindən xəsarət alıb. Hadisəyə onun arterial təzyiqinin yüksəlməsinin səbəb olduğu bildirilir. Xalq artisti aldığı xəsarətlə əlaqədar əməliyyat olunub və əməliyyat zamanı ona implant yerləşdirilib.