Ararat Mirzoyan: "Tramp marşrutu" sülh müqaviləsindən əvvəl reallaşa bilər

Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmadan əvvəl "Tramp marşrutu"nun (TRIPP) işə salınması istisna edilmir.

Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentin plenar sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sülh sazişinin əvvəldən imzalanmalı olduğu məntiqli görünə bilər:

"Bu, dərsliklərdən olan ardıcıllıq olardı, lakin həyatın öz qaydaları var. "Tramp marşrutu" layihəsi sülhə töhfə verə bilər".