Türkiyəli məşhur aktrisa Hande Erçelin sosial şəbəkələrdə reklam paylaşımlarından əldə etdiyi gəlir açıqlanıb.
Türkiyə mediasına istinadən, aktrisanın “Instagram” hesabında 24 saat ərzində bir reklam hekayəsi üçün 500-700 min türk lirəsi (28 min manat) tələb etdiyi iddia olunub.
Aktrisanın reklam müqavilələri ilə bağlı səsləndirilən bu rəqəm Türkiyə mediasında geniş müzakirələrə səbəb olub. Milyonlarla izləyici olan Erçelin reklamları seçərkən diqqətlə yanaşdığı da qeyd edilib.