İsrailin Əl-Xəlildə törətdiyi dağıntılar

Üç gün ərzində 2.200-dən çox fələstinli didərgin düşüb

İsrailin oktyabrın 23-də işğal altındakı İordan çayının qərb sahilində yerləşən Əl-Xəlil şəhərinə yönəlik mühasirəni başlatmasından bəri 2.200-dən çox fələstinli evlərindən məcburi çıxarılıb. Binalar sökülüb, yüzlərlə obyekt isə məcburi şəkildə bağlanıb.

Bölgə sakinləri İsrail hakimiyyətini oktyabrın 27-də keçiriləcək seçkilər səbəbilə qoyulan məhdudiyyətləri sərtləşdirməkdə günahlandırılar.

İsrailin 2023-cü ilin oktyabrında Qəzzaya qarşı soyqırıma başlamasından bəri Şərqi Qüds də daxil olmaqla, işğal altındaki İordan çayının qərb sahili üzrə İsrail ordusunun və qeyri-qanuni israilli köçkünlərin hücumlarında artım müşahidə olunur.

İsrail Fələstin torpaqlarında qeyri-qanuni yaşayış məntəqələrini genişləndirməyə davam edir. Baş verən zorakılıq hallarına isə qətllər, həbslər, evlərin sökülməsi, kənd təsərrüfatı torpaqlarının məhv edilməsi və fələstinlilərin məcburi didərgin salınması daxildir.