Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 29-da qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 17:00-dək Ağdaş şəhərinin H.Əliyev рrospekti, Vaqif, SU-18, S.Səlimoğlu, L.Məmmədbəyov, Ə.Bayramov, M.Əfəndizadə, H.Hacıyev, K.Kərimov, İstiqlal küçələri və Qarasuqumlaq kəndində (2 806 abonent) qaz təchizatında fasilə olacaq.