Kobaxidze Bakıda Gürcüstan səfirliyinin yeni binasının inşası ilə bağlı qərar imzalayıb

Bakının Yasamal rayonunda Gürcüstanın Azərbaycandakı səfirliyinin və səfir iqamətgahının yeni binası tikiləcək. Layihənin icrasına dair qərarı Gürcüstanın Baş naziri İrakli Kobaxidze imzalayıb.