Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil edib.
Bu barədə Mərkəzi Bank məlumat yayıb.
Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 9,5 faiz artıb.
Ödəniş kartlarında debet kartlarının sayı 11 faiz artıb, kredit kartlarının sayı isə 3,9 faiz azalıb.