Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva rəsmi "Instagram" hesabında Şamaxıda Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş körpələr evi-uşaq bağçalarının açılışından paylaşım edib.

Paylaşımda deyilir:

"Oktyabrın 26-da Şamaxı şəhərində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş körpələr evi-uşaq bağçalarının açılışı keçirilib. 160 uşaq üçün nəzərdə tutulan müəssisələrdə müasir şərait yaradılıb, ərazilərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb".

Instagram paylaşımıinstagram.com/p/De_WQAGkfoX/