"Gəncə" basketbol komandası yeni baş məşqçisini açıqlayıb

"Gəncə" basketbol komandasının yeni baş məşqçisi müəyyənləşib.

Bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Komanda türkiyəli Murad Dikmənə tapşırılıb.

O, bu postda Martin Knejeviçi əvəzləyib.

Türkiyəli mütəxəssis daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Azərbaycan Basketbol Liqasının və Azərbaycan Kubokunun gümüş medallarını qazanıb.