Pezeşkian Rusiyaya səfər etdi

İran Prezidenti Məsud Pezeşkian səkkizinci Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində iştirak etmək üçün Moskvaya gəlib.

TASS-a istinadən, səfər zamanı Pezeşkian sammitdə çıxış edəcək, Rusiya Prezidenti Vladimir Putin və digər liderlərlə görüşəcək. Tərəflərin ticarət və iqtisadi əməkdaşlığın inkişafını müzakirə etməsi gözlənilir.