FIFA prezidenti Canni İnfantino Bakıda keçirilən 15 yaşadək futbolçular arasında dünya çempionatı ilə bağlı paylaşım edib.
O, “Instagram” hesabında yayımladığı videoda turnirin əhəmiyyətindən danışıb.
“Bu, hər kəs üçündür, dünyanın hər yerindən olan insanlar üçündür. İndi dünya U-15 FIFA Dünya Kuboku və Festivalı üçün Azərbaycanın Bakı şəhərində bir araya gəlir. Bu, futboldur, bu, ehtirasdır, bu, ürək döyüntüsüdür, bu, gələcəkdir. Zövq alın!”, – deyə Canni İnfantino bildirib.