Azərbaycan Xalq Partiyasının İdarə Heyətinin üzvü Hüseyn Mehralı oğlu Behbudov vəfat edib.
Bu barədə mərhumun yaxınları məlumat veriblər.
Hüseyn Behbudov Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin və Qarabağda milli müqavimət hərəkatının fəal iştirakçılarından biri olub. O, Birinci Qarabağ müharibəsinin veteranı idi.
Hüseyn Behbudov 1992–1993-cü illərdə Azərbaycan Respublikasında prezident üsul-idarəsinin tətbiq olunduğu ərazidə Prezidentin fövqəladə və səlahiyyətli nümayəndəsinin müavini vəzifəsində çalışıb.
Sonrakı illərdə Azərbaycan Xalq Partiyasının rəhbər şəxslərindən biri kimi ölkənin siyasi həyatında fəal iştirak edib. O, müxtəlif vaxtlarda Azərbaycan Respublikası parlamentinə və yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə deputatlığa namizəd olub.
Allah rəhmət eləsin!