“Financial Times” nəşri müasir dövrün ən sirli milyarderinin adını açıqlayıb.
Söhbət sərvəti təxminən 10-12 milyard dollar qiymətləndirilən Piter de Pyutrondan gedir.
Nəşrin yazdığına görə, milyarderin mediada heç bir fotosu yoxdur. O, harada olmasından asılı olmayaraq, istər qapalı məkanda, istərsə də açıq havada şlyapa, plaş və tünd eynəklə görünür. Bu səbəbdən onun görünüşü casusu xatırladır.
Bildirilir ki, de Pyutron görüşlər zamanı tez-tez iştirakçılardan hər cür texniki vasitələrdən istifadə etməməyi tələb edir. O, görüşlərə yalnız bloknot və karandaş gətirilməsinə icazə verir.