“Real Madrid” “El-Klasiko”da “Barselona” üzərində qələbədən sonra Arda Gülerlə bağlı paylaşım edib.
Madrid təmsilçisi əzəli rəqibini 2:1 hesabı ilə məğlub edib. Qalib komandanın hər iki qolunu Kilian Mbappe vurub, “Barselona”nın yeganə qoluna isə Rafinya imza atıb.
Qarşılaşmada diqqət çəkən futbolçulardan biri də Arda Güler olub. Türkiyə millisinin üzvünün çıxışı İspaniya mətbuatında da müsbət qarşılanıb. “Real Madrid”in rəsmi səhifələrində Arda ilə bağlı yayımlanan paylaşım isə maraq doğurub. Paylaşımda “Arda, sənə olan sevgim çərşənbə günündən bəri heç dəyişməyib... Səni hələ də sevirəm” sözləri yer alıb.