Özbəkistan və Azərbaycanın ortaq tarixi kökləri var.
Bunu AMEA-nın prezidenti İsa Həbibbəyli bu gün Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: Ortaq tarixi irs, İslam sivilizasiyası və müasir elmi əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfransda bildirib.
O qeyd edib ki, Özbəkistanda yaradılan İslam Sivilizasiyası Mərkəzi ölkənin qədim tarixini, elmi və mədəni irsini, görkəmli şəxsiyyətlərini beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan və Özbəkistanın dərin tarixi kökləri, ortaq mədəni irsi və mənəvi dəyərləri iki xalq arasında dostluq və qardaşlıq münasibətlərinin əsasını təşkil edir”.
AMEA prezidenti Azərbaycan və Özbəkistan arasında münasibətlərin hazırda yüksək səviyyədə olduğunu vurğulayaraq, bu əlaqələrin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanların mövcud olduğunu bildirib.