Professordan Zahid Xəlilə ŞOK SÖZLƏR: "Uşaq düşüncəsini məhv etməklə məşğuldur"

"Ay camaat!Qaçın, qara toyuq sizi dişləyəcək…

Bu və buna bənzər mənasız şeirlərin müəllifi Zahid Xəlil Bakı Kitab Sərgisində 50 yazarın içindən səsvermədə 2- ci yeri tutub. Adam 40 ildən çoxdur ki, uşaq zövqünü, uşaq estetikasını, uşaq düşüncəsini məhv etməklə məşğuldur.Başqalarını demirəm Qulu Ağsəsin bircə şeiri bunun bütün yaradıcılığına dəyər".

Bu sözləri fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev bildirib.

QARA TOYUQ

Səhərdən cəh-cəh vurursan,

Kefin sazdı, qara toyuq.

Səsin necə işıqlıdı

Bəmbəyazdı, qara toyuq.

Kolluqda da oxuyursan,

Dərdin yoxdur, sərin yoxdur.

Qəlbinin içi çöldədi,

Deyən sənin sirrin yoxdu.

Hökmün tutub yeri-göyü,

Hardan aldın bu həvəsi.

Sanki xəzinə tapmısan

Bir toya bəs edər səsin.

Yox, yanıldım, qara toyuq.

Xəzinə batırır səsi.

Dövləti çox olanların,

Yoxa çıxır zümzüməsi.

Neylirsən dünya malını?

Xəzinə sənin səsindi,

Oxu, körpə quşçuğazım,

Oxu, bu dövlət bəsindi.

Qeyd edək ki,professor Zahid Xəlil Kəramət Böyükçöl haqqında sərt ifadələr səsləndirmişdi.Onun adının ədəbiyyatda olmadığını açıqlamışdı.