Azərbaycanda daşınmaz əmlakın icbari sığortası bazarında cari ilin yanvar-sentyabr ayları üzrə göstəricilər açıqlanıb.

Azərbaycan Mərkəzi Bankına istinadən, təqdim olunan rəqəmlərə əsasən, 2026-cı ilin ilk doqquz ayında bu sektor üzrə yığımlar 56 milyon 069 min manat, ödənişlər isə 3 milyon 207 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə daşınmaz əmlakın icbari sığortasından əldə olunan sığorta yığımları 67 milyon 802 manat, sığorta ödənişləri isə 2 milyon 80 min manata bərabər olub.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2026-cı ilin eyni dövründə yığımlar 11 milyon 733 min manat və ya təxminən 17.3% azalaraq 67 milyon 802 min manatdan 56 milyon 69 min manata düşüb.

Hesabat dövründə ödənişlərin həcmində isə artım qeydə alınıb. Belə ki, 2025-ci ilin yanvar-sentyabr aylarındakı 2 milyon 80 min manatlıq ödəniş, 2026-cı ilin müvafiq dövründə 1 milyon 127 min manat (və ya təxminən 54.2%) artaraq 3 milyon 207 min manata çatıb.