"Layihə hələ hazır deyil, yəqin ki... "- Arif Babayevin ev muzeyi ilə bağlı AÇIQLAMA+ÖZƏL

"Ağdamda yaşayış yerləri tikilir, böyük iş gedir. Bu dəqiqə bütün diqqətlər yaşayış evlərinə yönəlib. Ümid edirik ki, Arif Babayevin də Ağdamda ev muzeyi yaradılacaq. Belə bir fikir var, layihə hələ hazır deyil. Layihəyə başlayanda yəqin xəbər verərlər"

Bunu Moderator. Az-a açıqlamasında mərhum Xalq artisti Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva deyib.

O daha sonra əlavə edib:

"Evdə bir otaq şəxsi əşyası var. Onları düşünürəm ki, muzeyə hədiyyə edim. Bir muzeyə nə lazımdırsa evdə hər şey var. Ev muzeyi Arif müəllimin də ən böyük arzularından biri idi. Sağlığında da Ağdamda ev muzeyinin yaradılmasını arzulayırdı. Ona qismət olmadı, heç olmasa bizə və tamaşaçılara həmin muzeyi görmək nəsib olsun" deyə sənətkarın xanımı bildirib.

Qeyd edək ki, Arif Babayev ötən il avqust ayının 1-də dünyasını dəyişib. Mərhum sənətkar Birinci Fəxri Xiyabanda torpağa tapşırılıb.