Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 657,8 milyon manat, qeyri-həyat sığortası növlərinin hesabına isə 335,1 milyon manat sığorta haqqı toplanılıb.
“APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə həyat sığortası üzrə yığımlar 12.7%, qeyri-həyat sığortası üzrə yığımlar isə 12.4% artıb.
Qeyd edək ki, hesabat dövründə həyat sığorta növləri üzrə ödənişlərin məbləği 34.8% artaraq 647,6 milyon manat, qeyri-həyat sığorta növləri üzrə ödənişlərin həcmi isə 11.5% artaraq 109,3 milyon manata bərabər olub.
Beləliklə, cari ilin yanvar-sentyabr aylarında həyat sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqından 98.5 manat sığorta ödənişi edilib. Bu rəqəm 2025-ci ilin yanvar-sentyabr aylarında 82.3 manata bərabər olub. Bu ilin yanvar-sentyabr aylarında qeyri-həyat sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 32.6 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövründə 32.9 manata bərabər idi.