Sentyabrda qlobal qızıl birja fondlarına (ETF) 10 milyard dollar həcmində vəsait cəlb olunub. Bununla da III rübdə bu fondlara xalis vəsait axını rekord həddə – 31 milyard dollara çatıb.
Bu barədə Dünya Qızıl Şurası (WGC) məlumat yayıb.
Bildirilib ki, artım əsasən Avropa və Şimali Amerikada listinqə daxil edilmiş fondların hesabına qeydə alınıb.
Qızılın qiymətinin azalmasına baxmayaraq, qlobal fondların qızıl ehtiyatları sentyabrda 67 ton artaraq rekord həddə – 4 256 tona yüksəlib.
Eyni zamanda, idarə olunan aktivlərin (AUM) ümumi dəyəri əvvəlki ayla müqayisədə 7% azalaraq 574 milyard dollar təşkil edib.
Qızılın qiymətindəki eniş idarə olunan aktivlərin dəyərini azaltsa da, güclü investor tələbi qlobal fondların qızıl ehtiyatlarının rekord səviyyəyə çatmasına səbəb olub.