Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur

İraqın Sincar şəhərində PKK-nın bir qolu hesab edilən YBŞ silahlı strukturu İraq ordusuna inteqrasiya ediləcək.

Bu barədə İraq Silahlı Qüvvələrinin Baş Komandanının sözçüsü Sabah ən-Numan məlumat verib.

Onun sözlərinə görə, İraqın Baş naziri Əli əz-Zeydinin nəzarəti altında sözügedən strukturla İraqın təhlükəsizlik qüvvələri arasındakı hərbi əlaqələrin yenidən tənzimlənməsi istiqamətində tədbirlər görüləcək. Həmçinin bu qüvvələrin İraqın təhlükəsizlik qurumlarına inteqrasiyası nəzərdə tutulur.

Numan bildirib ki, Sincar dağında təhlükəsizliyə görə məsuliyyət federal hökumətin səlahiyyətli orqanlarına təhvil veriləcək. Bu addım İraq hökumətinin silahların dövlət nəzarəti altında toplanması siyasətinin tərkib hissəsidir.

O, görüləcək tədbirlərin Sincarda təhlükəsizliyin təmin olunması baxımından yeni mərhələnin başlanğıcı olacağını vurğulayıb.