Fırtınalar Avropanı iflic etdi: Şəhərlər qaranlığa qərq oldu

Avropanın şimalını təsir altına alan Boelo və Austen fırtınaları ciddi fəsadlara səbəb olub. Güclü küləklər nəticəsində 150 mindən çox ev elektrik enerjisiz qalıb, yüzlərlə aviareys ləğv edilib, telefon şəbəkələrində fasilələr yaranıb.

Böyük Britaniyada 82 mindən çox, Fransada təxminən 60 min, Almaniyada isə 10 min evdə elektrik təchizatı dayanıb.

Şotlandiyanın qərbində küləyin sürəti saatda 135 kilometrə çatıb. Aşan ağaclar və qırılan elektrik xətləri avtomobil və dəmir yolu nəqliyyatında problemlər yaradıb. Fransada enerji təchizatının bərpası üçün 2 600 mütəxəssis və podratçı əməkdaşı cəlb olunub.

Fırtına nəticəsində Almaniyanın Frayburq şəhərində elektrik və mobil rabitə xidmətlərində problemlər yaranıb. Xəstəxana elektrik kəsintisi səbəbindən xidmətlərini yalnız təcili tibbi yardım tələb edən hallarla məhdudlaşdırıb.

Belçikanın paytaxtı Brüsseldə aşan ağaclar dörd nəfərin yaralanmasına səbəb olub. Amsterdam hava limanında isə reyslər ləğv edilib.

Niderlandın Sxiphol hava limanında onlarla uçuş həyata keçirilməyib. Paris, Roma və Dublin istiqamətləri də daxil olmaqla, təxminən 90 reysin ləğv edildiyi, çoxsaylı enişlərin də baş tutmadığı bildirilib.