Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətindəki son durum açıqlanıb.
Bu barədə Oxu.Az-a "Yeni Klinika"dan bildirilib.
Qeyd olunub ki, oktyabrın 18-də saat 13:40-da "Yeni Klinika"nın Reanimasiya şöbəsinə yerləşdirilən 1972-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi hazırda Terapiya şöbəsində davam etdirilir:
"Xroniki ürək çatışmazlığı, ağciyər ödəmi və anemiya diaqnozları təyin edilən pasiyentin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".