Çoban Azərbaycanın səlahiyyətli orqanlarına təhvil verilib - Ermənistan MTX

Ermənistanın Tavuş vilayətində oktyabrın 19-da tapılan Azərbaycan vətəndaşı Yaşar Qasımov oktyabrın 24-də Azərbaycana qaytarılıb və Ermənistanın səlahiyyətli orqanlarına təhvil verilib. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov Tovuz rayonunun Çatax kəndinin sakinidir.

Məlumata əsasən, o, oktyabrın 19-da saat 17:50 radələrində Ermənistanın Tavuş vilayətində aşkarlanıb. Yoxlama tədbirləri nəticəsində onun azaraq Ermənistan ərazisinə keçdiyi müəyyən edilib.

Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 22-də Qasımovun Azərbaycana qaytarılacağını açıqlamışdı.

Ermənistanın Milli Təhlükəsizlik Xidməti oktyabrın 22-də Qasımovun Tavuş vilayətində tapıldığını və onun Azərbaycana qaytarılması üçün tədbirlər görüldüyünü bildirmişdi.