Neft qiymətləri son 6 ayın rekordunu qırdı

Dünya bazarında neftin qiyməti ötən həftə son altı ayın ən yüksək səviyyəsinə yaxınlaşdıqdan sonra ucuzlaşıb.

Bu barədə “Reuters” məlumat yayıb.

ABŞ-nin “West Texas Intermediate” (WTI) markalı xam neftinin bir bareli 1,76 dollar və ya 1,7 faiz ucuzlaşaraq 101,51 dollara düşüb.

“Brent” markalı neftin bir bareli isə 1,49 dollar və ya 1,28 faiz azalaraq 115,23 dollar təşkil edib.

Qiymətlərin enməsi ABŞ və İran arasında gərginliyin azala biləcəyinə dair ümidlərlə əlaqələndirilir.

Bununla belə, Səudiyyə Ərəbistanına qarşı davam edən hücumlar investorların narahatlığını aradan qaldırmayıb.