Ceyhun Bayramov: Azad edilmiş ərazilərdə çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var

Azərbaycanın azad edilmiş ərazilərində çalışan Niderland şirkətlərinin sayının artırılması üçün potensial var.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov niderlandlı həmkarı Tom Berendsenlə bu gün Bakıda mətbuat üçün brifinqdə deyib.

"Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərində 2 niderland şirkəti fəaliyyət göstərir. Təbii, prosesi daha da böyütmək üçün potensial var", - nazir qeyd edib.