Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşü keçirilib.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv və müşahidəçi dövlətin, eləcə də 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edib.
İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alıb.
Görüşün əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqi olub.
Tədbirdə, həmçinin, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar olunması və qaytarılması, eləcə də müasir texnologiyalardan istifadə sahəsində birgə fəaliyyət imkanları müzakirə edilib.
Görüş çərçivəsində İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli nazirləri, müvafiq hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və beynəlxalq təşkilatların nümayəndələri də çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Qeyd edək ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin Üçüncü Yüksək Səviyyəli Görüşünün Bürosuna iki il müddətinə yekdilliklə sədr seçilib.
***
Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşü keçirilir.
Tədbir 27-28 oktyabr tarixlərini əhatə edəcək.
Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.
Görüşün əsas məqsədi İƏT-ə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq və regional əməkdaşlığın gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında əlaqələndirilmiş fəaliyyətin genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin təşviqidir.
Tədbir, həmçinin, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin aşkar olunması və qaytarılması, habelə müasir texnologiyalardan istifadə sahəsində birgə fəaliyyət imkanlarının müzakirəsi baxımından əhəmiyyət daşıyır.