Almaniya Bundesver üçün Ukrayna istehsalı olan “Bars” qanadlı raketlərini almağı planlaşdırır.
Bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Məlumata görə, ilkin kiçik partiyanın tədarükünə dair razılaşma yaxın həftələrdə bağlanacaq.
Sınaqların 2027-ci ilin əvvəlində keçirilməsi nəzərdə tutulur. Əgər bu sınaqlar uğurlu olarsa, Almaniya bir neçə yüz raket sifariş edə bilər.