Bizim bədənimiz və onu məhrəmləşdirən geyimimiz, əslində, kimə məxsusdur, biz kim(lər)ə görə geyinir və kim(lər)ə görə soyunuruq? Bizim əynimizin və onun altında gizlədiklərimizin əsl sahibi kim(lər)dir?Siyasətin və dinin (oxu; maddi və mənəvi kratiyanın) insanı öz maraqlarına uyğun geyindirməsi və soyundurması tarixi gerçəklikdir. Bəri başdan deyim ki, bizdən fərqli olaraq, siyasət və din insanla sevişəndə onu geyindirir, nifrət edəndə soyundurur.Məni peyğəmbərin, daha sonra sufilərin geyiminə çevriləcək xirqəsi, Hammurapinin “çadrası”, yunanlardan və misirlilərdən gələn ingilis və fransız aristokratiyasının pariki, Atatürkün “şapkası”, Stalinin bizim aşıqlara geyindirdiyi “hərbi forma” və s. Mişel Fukonun təbirincə desək, "bioiqtidarların" öz qövmlərinə “paltarbiçdi” faktlarıdır. Dinin və siyasətin dərziliyinin, yaxud modelyerliyinin məqsədi eynidir; özünə oxşayanı özünə oxşamayandan ayırmaq, dostları və düşmənləri sorğu-sualsız bir-birindən seçmək. Dində və siyasətdə “Sənə” oxşamamaq düşmənçilik üçün kifayətdir. Düşmənsiz din və siyasət hakimiyyət əldə edə bilməz.Ümumiyyətlə, düşmənin yoxdursa, din ola bilməzsən, siyasətçisənsə, öz düşmənini yaratmalısan. Bəs bəşəriyyətin lüt dövrlərində bu ayrıseçkilik necə aparılırdı? Yenə qədim dünya tarixinə qayıdırıq; lüt dünyada icma üzvlərinin bədənlərində cərrahi izlər qoyulur, döymələr işlənir, yaxud xüsusi aksessuarlar taxılırdı. Məsələn, qədim Moraviyada qaraçıları yerli kütlədən fərqləndirmək üçün sol qulaqlarını, Bohemiyada isə sağ qulaqlarını kəsirdilər.Bədən üzvündəki xəsarətə görə fərqləndirmənin ən yayğın forması sünnətdir. Bu qədim adəti yəhudilər Misirdən gətirmişdilər. Türk professor Muazzez İlmiye Çığa görə, Şumerlərdən fərqli olaraq, Misirdə dişi deyil, erkək cinsi orqanı bərəkət simvolu sayılırdı və onun ucunu kəsib tanrılara hədiyyə edirdilər. Çox güman yəhudilər bu Misir adətini yeni topraqlarda başqalarından seçilmək üçün istifadə edirdilər. Qəbilə gözəlləri yad qəbilələrin kişilərini son anda tanıyıb, onlarla cinsi əlaqəyə girərək qan qarışıqlığına səbəb olmasınlar deyə öz oğlan uşaqlarını sünnət edirdilər. Sünnət olmayan bizdən deyil. Bizdən deyilsə, düşməndir. Sünnətə haqq qazandıran digər səbəblər uydurma və məqsədlidir. Daha sonralar bu seçdirmələrə geyim də əlavə olundu. Bütün mənəvi-əxlaqi dəyərlər kimi geyim də başlanğıcda fiziki ehtiyac olsa da, sonradan nəinki əxlaqi, hətta dini, siyasi status qazandı. Bədənimizi gizləsə də, bizim milli, dini, sinfi, şəxsi tariximizi, genefondumuzu, instinktlərimizi nümayiş etdirdi.Geyim bir növ, şüurdur, bədən onu yönləndirən alt şüurdur. Cəmiyyətdə daha çox müzakirə olunan da geyimin bu özəlliyidir; bədən haqqında göstərgə olması.629-cu ildə keşişlər xristian qadınlarının parik qoymasını qadağan etdi. Niyə? Çünki bazarda satılan ən bahalı saçlar sarı german saçları idi və kilsə Romanı dağıdan german tayfalarından xoşlanmırdı, ona görə də parikləri “şeytanın əməllərinin gizləndikləri yer” adlandırdı. Xristianların ruhu allaha, vücudu kilsəyə məxsus idi, özlərinin deyildi. Kilsənin haqqı vardı ki, ona tapınanın həm ruhuna, həm bədəninə nəzarət etsin. Şüurda alt şüurda olmayan bir şey var – oyun.Geyim həm də oyundur.Müasir dünya zahiri qatda geyimin daha çox oyun funksiyasından yararlanır. Məsələn, varlıların ailə psixologiyasına görə zahiri zənginlik aclardan özünümüdafiə funksiyası daşıyır; bahalı avtomobil, bahalı geyim şəhərin mərkəzində meymunluq edən istənilən “gül balanı” kütlənin yumruqlarından qoruyur. Çünki onun bahalı pencəyi insanların dilini onun özündən daha yaxşı bilir; bu pencək ətrafdakı qəzəbli kütləyə deyir: “Mənim sahibim toxunulmazdır, onun arxası, adamı var”.Biz geyimə baxıb sevir, qorxur, dost olur, əhəmiyyət vermirik.1558-ci ildə taxta çıxan I Yelizaveta yenidən İngiltərədə parik qoyulmasına icazə verdi. Səbəb, deyilənə görə, kraliçanın keçəl olmasıydı. Və kraliçanın parikinin Avropaya təsiri o qədər güclü oldu ki, hətta fransız zadəganları xidmətçilərin saçını kəsdirib pişiklərinə belə parik qoydurmağa başladılar. Parik (geyim) uzun illər bütöv bir qitəyə nəzarət etdi. İnsan anlamalıdır ki, o fransız pişiyi deyil. Ruhu da, bədəni də özünə məxsusdur. Ən gözəl insan da ruhu da, bədəni də və bu ruhu, bu bədəni ifadə edən geyimi də özünə məxsus olan insandır.Aqşin Yenisey
Bu gün
1362 xəbər bu gün
“Banu” verilişinin aparıcısı Günel Həsənzadənin yeni fotosu yayılıb. Şəkli aparıcı Nail Kəmərli sosial şəbəkədə paylaşıb. O, Günellə birgə fotosuna “Günel sağdır, ölməyib” şərhini yazıb.Qeyd edək ki, bir neçə gün əvvəl…
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı protokolun təsdiqi haqqında qanun layihəsini imzalayıb.Sənədə əsasən…
DNB - AZE
Ordubadda ayı kəndlilərə hücum edib. Bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb. Hadisənin rayonun Bist kəndi ərazisində baş verdiyi bildirilir. Həmin görüntüləri təqdim edirik: (Qafqazinfo)
Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiya yaradılıb. Bununla bağlı…
"Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında" Avropa Konvensiyasına İkinci Əlavə Protokol təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı protokolun təsdiqi haqqında qanun layihəsini imzalayıb.Sənədə əsasən…
Hans-Diter Flik "Barselona"nın "Real Madrid"ə məğlubiyyətini şərh edərək komandanın zəif çıxış etdiyini və rəqibin daha güclü olduğunu etiraf edib.
Goranboyda bədbəxt hadisə baş verib.
"2024-cü ildəki təcrübəmizə əsaslanaraq, bu il keçirilən forumun yekununda müzakirə etdiyimiz məsələləri və gələcək fəaliyyət istiqamətlərini əks etdirən "Bakı Bəyannaməsi" adlı yekun sənəd qəbul ediləcək".
Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyevin səhhətindəki son durum açıqlanıb.
"Biz Kanaki - Yeni Kaledoniyadan gəlmiş kiçik bir nümayəndə heyətiyik. Buraya gəlməkdə məqsədimiz ölkəmizi dünya miqyasında tanıtmaq, həmçinin FIFA tərəfindən təşkil olunan bu fürsətdən yararlanmaqdır".
Azərbaycanla Özbəkistan arasında imzalanmış turizm və mədəniyyət sahələrində əməkdaşlıq sazişləri təsdiq edilib. Prezident İlham Əliyev bununla əlaqədar müvafiq fərmanlar imzalayıb.Dövlət başçısının fərmanına əsasən…
Ordubadda ayı kəndlilərə hücum edib. “Qafqazinfo”ya istinadla, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşılıb. Hadisənin rayonun Bist kəndi ərazisində baş verdiyi...
İranın elm, tədqiqat və texnologiya naziri Hüseyn Simayi-Sərraf bir videomüraciətində Azərbaycanda hicab səbəbindən təhsil almaqda çətinlik çəkdiklərini iddia etdiyi qızları İran universitetlərinə dəvət edib. O, həmin…
“Vurğulamaq lazımdır ki, forum təkcə siyasətçiləri və qərar qəbul edən şəxsləri deyil, həm də cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrini - qadınları, gənc liderləri, dini liderləri, qeyri-hökumət təşkilatlarını…
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Niderlandın xarici işlər naziri Tom Berendsenlə geniştərkibli görüşü keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər...
“Hazırda Şuşada 1980-ci illərin sonlarında, işğaldan əvvəl keçirilən Beynəlxalq Musiqi Festivalı yenidən təşkil olunur. Həmçinin burada beynəlxalq ədəbiyyat tədbirləri keçirilir. Bu da şəhərin xarici qonaqlar üçün açıq…
Tikinti layihələrinin həyata keçirilməsi sahəsində inzibati prosedurların təkmilləşdirilməsi və bu sahədə dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Komissiya yaradılıb.
“Azad Azərbaycan” televiziyasında (ATV) yeni kadr təyinatı olub.
“Banu” verilişinin aparıcısı kimi tanınan Günel Həsənzadənin yeni fotosu yayılıb.
Birinci Qarabağ müharibəsinin qazisi Mürşüd Mamedov vəfat edib. Bu barədə Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu sosial şəbəkə hesabında yazıb. O bildirib ki, M.Mamedov Qarabağ döyüşlərində aldığı yaranın (döyüşdə…
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib. Mətndə deyilir: "Bu gün Xalq rəssamı…
Oktyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı…
Goranboyda bədbəxt hadisə baş verib. Hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına…
Cəbrayılda minaya düşən ata-oğulun müalicəsi palata şəraitində davam etdirilir. Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, oktyabrın 9-da Cəbrayıl rayonunda baş verən…
Hollivud aktyoru Bryus Uillisin kiçik qızı Tallula Belle Uillis atası ilə çəkilmiş arxiv fotosunu sosial şəbəkədə paylaşıb. Bu barədə RBC Life nəşri məlumat yayıb. Tallula paylaşımına “Mən səni hər keçən gün daha çox…
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 19,4 dollar artaraq 4 027,3 dollar təşkil edib. Gümüşün qiyməti isə 0,35 dollar artaraq 54,3 dollara bərabər olub. Bizim.Media
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 80 illik yubileyi ilə bağlı paylaşım edib. Həmin paylaşımda deyilir: "Bu gün Xalq…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib. Dövlətimizin başçısı ötən il Kopenhagendə Niderland Krallığının Baş naziri Dik Sxof…
İnzibati dövlət qulluğu vəzifələrinin A (AB,AC) və B (BA, BB) növü üzrə 5 noyabr 2026-cı il tarixində keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər. Bu barədə…
Rusiya Ukrayna ilə bağlı yeni danışıqlardan istifadə edərək NATO-nun Avropadakı hərbi mövcudluğunun azaldılmasına nail olmaq istəyir. Modern.az xəbər verir ki, “The Telegraph”ın mənbələrə istinadən yaydığı məlumata görə…
Azərbaycan Ordusunda ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışlarının başa çatması münasibətilə tədbirlər keçirilib. Modern.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib…
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib. Mətndə deyilir: "Bu gün Xalq rəssamı, Azərbaycan Rəssamlar…
Azərbaycanda kənd təsərrüfatı müəssisələrinin ümumi mənfəəti 2025-ci ildə əvvəlki illə müqayisədə 42,6% artaraq 446,1 milyon manata çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub. 2024-cü ildə bu…
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illik yubileyi münasibətilə təbrik edib. Bu barədə Mehriban Əliyevanın rəsmi sosial şəbəkə…
Misli premyer-liqasının 9-cu turu “Turan Tovuz” üçün əlamətdar olub. Bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, “Neftçi” ilə səfər görüşü (1:1) Qərb təmsilçisinin liqada 150-ci oyunu…
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.Fərmana əsasən, Saziş…
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi sosial şəbəkə hesablarında Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib. Mətndə deyilir:"Bu gün Xalq rəssamı…
Goranboyda bədbəxt hadisə baş verib.Hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına…
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın vəzifəsindən azad edildiyi bildirilir. Bu barədə jurnalist Fuat Uğur məlumat yayıb. Jurnalist Talat Atilla isə Oktay Saralla telefon danışığının səs…
Avropa Mərkəzi Bankının (AMB) iqtisadi artım tempinin zəifləməsi fonunda yeni faiz artımından hələlik çəkinəcəyi gözlənilir. Bu barədə “Bloomberg” analitiklər arasında keçirdiyi sorğuya istinadən məlumat yayıb. Məlumata…
Bakıda kütləvi dava zamanı bir nəfərin öldürülməsi ilə bağlı cinayət işi üzrə oğlu Əhməd Əlizadə həbs edilən Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadənin istefa verəcəyi ilə bağlı iddialar…
Ermənistanda yeni konstitusiyanın qəbulu ətrafında müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan hakimiyyətin konstitusiya dəyişikliyi ilə bağlı planlarını reallaşdırmaq üçün həm parlamentdə, həm də mümkün referendum…
İsraildə oktyabrın 27-nə təyin olunmuş parlament seçkisi baş nazir Benyamin Netanyahunun liderlik etdiyi Likud Partiyası və müttəfiqlərinin məğlubiy...
Rusiyada HİV ( İİV- İnsanın İmmunçatışmazlığı Virusu) ilə yaşayan insanların sayı artır, epidemiya isə ənənəvi risk qruplarının hüdudlarını aşır. 2025-ci ildə 45 min yeni yoluxma halı…
Fransa hakimiyyəti etiraz aksiyalarının vəziyyətindən asılı olaraq iri şəhərlərin ayrı-ayrı rayonlarında komendant saatı tətbiq etməyi davam etdirəcək. Bu, oktyabrın 24-də keçirilən…
Azərbaycanda Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradılıb. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet…
Süni intellekt mədəniyyətlərarası anlaşmanı gücləndirmək üçün təsirli vasitə ola bilər. Lakin onun inkişafında etik prinsiplər, ümumbəşəri dəyərlər və insan amili nəzərə alınmalıdır…
SOCAR-ın prezidenti Rövşən Nəcəfin adı dünyanın ən yüksək zirvəsi olan Everestə qalxan şəxslərin siyahısında yer alıb. “High Adventure Expeditions” platformasında “The Himalayan…