İordaniyadakı kilsədə terror aktı törədən şübhəlilər saxlanılıblar

İordaniyanın cənubunda yerləşən Müqəddəs Georgi pravoslav kilsəsində terror aktı törətməkdə şübhəli bilinən üç şəxs saxlanılıb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Nəşrin məlumatında bildirilir ki, İordaniyanın təhlükəsizlik qüvvələri cümə günü Əl-Karakda doqquz nəfərin həyatını itirdiyi kilsəyə hücumda şübhəli bilinən üç nəfəri həbs edib.

Dünya İordaniyada kilsəyə terror hücumu nəticəsində ölənlərin sayı artıb - Video

Xatırladaq ki, oktyabrın 23-də İordaniyanın Kərək əyalətinin qərb hissəsində yerləşən Hammud kəndində kilsədəki anım mərasimi iştirakçılarına silahlı basqın edilib. Səhiyyə naziri İbrahim əl-Bədur bu terror hadisəsi nəticəsində 9 nəfərin öldüyünü, onlarla insanın isə xəsarət aldığını diqqətə çatdırıb.

İordaniya Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, hücuma görə məsuliyyəti "İslam Dövləti" (İŞİD) beynəlxalq terror qruplaşması öz üzərinə götürüb.

İordaniya Kralı II Abdullah Əl-Karak şəhərində xristian kilsəsinə qanlı hücum təşkil edən terrorçuların ən ağır cəzaya məhkum olunacaqlarını bəyan edib.